XPERT official page

Başla

Bioqrafiya

Mən kiməm?

Şəhriyar Atababayev "Şəhri"

1990- cı il 30 sentyabr Bakı şəhərində anadan olmuşam, 1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş 2007-ci ildə həmin məktəbi bitirmişəm. Qafqaz Universiteti bakalavr və magistratura məzunuyam (2007-2014). Altı yaşında ikən əlimə keçən "Assorti Hits- 1995" adlı audio kasetdə dinlədiyim, lakin nə olduğunu anlamadığım bir musiqi tərzi xatirələrimdə dərin izlər qoydu. Kasetdə Papa Bear, Shaggy, 2Pac və s. kimi musiqiçilərin parçalar yer alırdı. Bir neçə il sonra, Azərbaycanda kifayət qədər məşhur olan reper Anar Nağılbazın TV proqramlarının birində verdiyi müsahibədə, bu tərzin Rep olduğunu anladım.

Rep fəaliyyətim

2009
A4 ləqəbli reper ilə tanışlıq, rep yolunu kökündən dəyişdi. Belə ki, A4-ün köməyi və digər iki reperin iştirakı ilə (OD, ForMat) ilk trek ərsəyə gətirdik. O, vaxtlar Türk repinin təsirində idim, həmçinin universitetdə Türk dili və Ədəbiyyatı fakultəsindəki təhsilimdən dolayı treklərimdəki sözləri türkcə yazırdım. Daha sonra (Naqan, SertOzan, A4 adlı reperlərin iştirakı ilə) bir neçə trek daha yazıldı.

2010
Fars reperlərin Azərbaycan repində yazdıqları diss-i geri qaytarmaq məqsədi ilə DissPersia adlı treki ərəsyə gətirdim. Bu mənim Azərbaycan Türkcəsində yazdığım ilk trek idi. İlin ortalarında bütün tracklərim Qanun Beatz "Madd ə 1 The Mixtape" adlı albomda yayımlandı. Daha sonra Ramires adlı reper ilə Yorğun Döyüşçü adlı trek yazdıq. İlin sonlarında tərkibində yer aldığım Synaps Production adlı label yaradıldı. Dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün treklərim bir yerə toplamaq məqsədi ilə internetə "Rapsychology bootleg" adlı albom buraxdım. Albomda yeni trek yerləşdirmədim.

2011
İlin yayında Synaps Productionun "Təcili Yardım" adlı konsertindən bir gün sonra hərbi xidmətə yollandım. Lakin hərbi xidmətə yollanmamışdan bir çox trekin səsyazmasını etmişdim. Bu treklər 11 noyabr 2011-ci ildə Synaps Production tərəfindən Makar10 adlı albomda toplanaraq cəmi 100 nüsxə satışa buraxıldı. Bu zaman hərbi xidmətdə idim.

2012
Hərbi xidmətdən geri döndüym zaman artıq müəyyən kütlədə dinləyicilərim var idi. Qısa müddətdə bir neçə sinql track çıxardım. Synaps leyblda çalışan digər bir reper Ramires ilə olan bütün duetlərimi bir araya toplayaraq Sarkoma EP adı ilə yayımladıq.

2013
Mart ayında öz evimizdə qardaşımla birlikdə büdcəsi 11 manat 50 qəpik olan klip çəkdik. Şaman adlı trek 24 saat ərzində YouTube-da12.000 baxış sayı toplayaraq (öz əhatəsində) rekorda imza atdı. Mart ayının sonu La Poax adlı EP albom internetə buraxıldı. Avqust ayında Guerrilla adlı ikinci klip təqdim olundu. 2 Noyabr tarixində solo konsert verdim və satış üçün nəzərdə tutduğum ikinci albomumu, Akula-nı dinləyicilərə təqdim etdim.

2014
Bir çox albomlar və proektlər hazırdır və öz vaxtını gözləyir. Hal-hazırda A4 ilə birlikdə Qafiyə Qatilləri adlı albom üzərində işləyirik. Albomun promosu internetdə yayımlanıb.

Diskoqrafiya

Albomlar

Əlaqə

Mənə yazın